Vidal “Barselona”da qalır

“Barselona”nın yeni baş məşqçisi Kike Setyen komandanın futbolçusu Arturo Vidalın gələcək taleyinə aydınlıq gətirib.

İnterval.Az goal.az-a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis çilili yarımmüdafiəçini komandada saxlamaq qərarı verib.

O, 32 yaşlı futbolçunun digər klublara mümkün transferini əngəlləyib. Bu isə o deməkdir ki, Vidal ən azı mövsümün sonuna qədər “Barselona”da qalacaq.

Qeyd edək ki, Çili millisinin üzvü 2018-ci ildə “Bavariya”dan “Barselona”ya transfer olunub.


Bütün xəbərlər