MSK bəzi dairələrlə bağlı qərar qəbul etdi – YENİLƏNİB

Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə iki məntəqədə seçkilərin nəticələrini ləğv edib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, MSK üzvü Qabil Orucov bildirib ki, Ağdaş seçki dairəsi üzrə daxil olan müraciətdə həmin dairə üzrə səsvermə zamanı pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv edilməsi xahiş edilib.

Q.Orucovun sözlərinə əsasən, araşdırma zamanı yalnız 6 və 7 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar qeyd olunub. Q.Orucov həmin seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

*  *  *

Mərkəzi Seçki Komissiyası 47 saylı Mingəçevir şəhər seçki dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, MSK üzvü Baxşeyş Əsgərov bildirib ki, Mingəçevir seçki dairəsi üzrə daxil olan müraciətdə bir sıra seçki məntəqələrində pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv ediməsi xahiş ediib. B.Əsgərov bildirib ki, araşdırma zamanı 9, 17 və 21 saylı seçki məntəqlərində seçicilərin iradəsinə təsir edcək hallar aşkar edilib. O, həmin seçki məntəqələrində səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səs qoyularaq qəbul edilib.

*  *  *

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd Rəfullayeva Samirənin müraciətinə baxılıb.

İnterval.Az Trend-ə istinadən bildirir ki,iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində pozuntu hallarının baş verməsi qeyd olunub.

MSK üzvü İlham Məmmədovun sözlərinə əsasən, müraciət araşdırılıb və həmin seçki məntəqələri üzrə Seçki Məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verilib.

İ.Məmmədov həmin dairənin 12, 14, 16, 18 saylı məntəqələri üzrə səsvermənin nəticəsinin etibarsız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

*  *  *

38 saylı Nizami ikinci (Gəncə) seçki dariəsi ilə bağlı daxil olan müraciət baxılması üçün müvafiq dairə seçki komissiyasına göndərilib.

*  *  *

16:07

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb.

İnterval.Az Trend-ə istinadən bildirir ki, iclası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıq elan edib.

O qeyd edib ki, iclasda seçkilərlə bağlı müraciətlərə baxılacaq.


Bütün xəbərlər