“Heç mənə maraqlı da deyildi”

Stilist Elnur Həsənov müğənni Sevda Yahyayevaya etdiyi makiyajın tənqid olunmasına münasibət bildirib.

Interval.az  axşam.az-a istinadən xəbər verir ki, Elnur bu haqda “Deməsəm olmaz” verilişində danışıb. O, proqramda jurnalist Zəhra Əhmədovanın “Sevda Yahyayevanın toyundakı makiyajı çox tənqid edildi, bəyənilmədi” sözlərinə belə reaksiya verib:

“Heç mənə maraqlı da deyildi. Əsas odur ki, gəlinin özü bəyənmişdi. Mən etdim və işimdən razı idim. Sevda xanım toyunda o obrazda görünmək istədi. Toydan əvvəl Maldivə dincəlməyə getmişdi. Dərisi günəşdən qaralmışdı. Özü də bronz dərili görünmək istəyirdi, mən də etdim. Sevda Yahayeva “baby face” xanımdır. Toy günü xanımlar makiyajla tamam dəyişir. Alan razı, satan razı.

Bu, hər kəsə olunası bir makiyaj deyildi. Tamaşaçının tənqidinə hörmətlə yanaşıram. Hər kəsin şəxsi fikridir. Əsas Sevda Yahyayevanın özüdür”.

Interval.az


Bütün xəbərlər