Adil Əliyev də namizəd olacağı dairəni açıqladı

Milli Məclisin deputatı Adil Əliyev növbədənkənar parlament seçkisində iştirak edəcəyini bəyan edib.

İnterval.Az bakupost-a istinadən xəbər verir ki, Adil Əliyev bu barədə “Facebook” səhifsində yazıb.

O, qərarını “seçicilərin çoxsaylı xahişləri” ilə əlaqələndirib.

O, yenidən Nərimanov rayonu, 20 saylı II seçki dairəsindən namizəd olacaq.


Bütün xəbərlər