Prezident İlham Əliyev: Rusiya Prezidenti ilə görüşlərimiz qarşılıqlı fəaliyyətimizin inkişafına çox müsbət təkan verir

Rusiya Federasiyasının Prezidenti ilə biz həm Rusiyada, həm də Azərbaycanda yetərincə tez-tez görüşürük. Buna görə bizim ünsiyyətimiz və görüşlərimiz qarşılıqlı fəaliyyətimizin inkişafına çox müsbət təkan verir, qarşılıqlı siyasi fəaliyyət də çox yüksək səviyyədədir.

Interval.az  AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində Rusiya ilə Azərbaycan arasında mövcud əməkdaşlıqdan, Prezident Vladimir Putinlə münasibətlərindən danışarkən söyləyib.

“Əlbəttə, humanitar sahədə əməkdaşlığı hökmən qeyd etmək lazımdır və Rusiya Prezidenti ilə biz həmişə belə edirik. Fikrimcə bu, qonşular arasında əməkdaşlığın nümunəsidir. Azərbaycanda təhsilin rus dilində olduğu 330-dan çox məktəbin, Rusiyanın aparıcı ali məktəblərinin filiallarının mövcud olması və yetərincə zəngin mədəni proqramın olması Rusiyada çox yüksək qiymətləndirilir. Biz daim əlaqə saxlayırıq, yaxın dostlar və tərəfdaşlar kimi işləyirik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Interval.az


Bütün xəbərlər