Aİ komissarı Hikmət Hacıyevlə görüşüb – FOT

Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Interval.Az bildirir ki, Oliver Varhelyi bu barədə özünün “Twitter” hesabında bildirib.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclası ərəfəsində biz Aİ-Azərbaycan enerji tərəfdaşlığından və enerji təhlükəsizliyinin əhəmiyyətindən danışdıq. Eyni zamanda, Aİ-nin İqtisadi və İnvestisiya Planı çərçivəsində tərəfdaşlığımızın gücləndirilməsini müzakirə etdik”, – deyə, komissar əlavə edib.

Interval.Az

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər