Gürcüstanda sutkalıq yoluxma sayı 23 mini ötdü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 23 664 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.

Interval.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 250 108, ölənlərin sayı isə 15 102 nəfərə çatıb.

Virusa yoluxanlardan 1 038 391 nəfərin sağaldığı bildirilib.

Interval.Az


Bütün xəbərlər