İsveç 130 terrorçunu Türkiyəyə təhvil verməlidir – Ərdoğan

İsveç Türkiyə parlamentinin onun NATO-ya daxil olmasını təsdiqləməsi üçün 130-a yaxın terrorçunu Türkiyəyə təhvil verməlidir.

Interval.Az bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşü zamanı deyib.

Türkiyə prezidenti qeyd edib ki, İsveç bu tələbi yerinə yetirməyib.

“Biz İsveçə bildirdik ki, [NATO-ya üzv olmaq haqqında] memorandumu parlamentimizdə təsdiqləmək üçün onlar 130-a yaxın terrorçunu bizə təhvil verməlidirlər. Onlar bunu etmədilər”, – deyə R.T.Ərdoğan bildirib.

O əlavə edib ki, PKK tərəfdarları İsveç küçələrində etiraz aksiyaları keçirir və Türkiyə bununla bağlı xəbərdarlıq göndərib:

“Amma bütün bu xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, PKK və ya PYD-nin aksiyalarının dayandırılmasından söhbət belə getmirdi”.

Yıldray Arslan

Interval.Az


Bütün xəbərlər