17 yaşlı futbolçu PSG-nin tarixinə keçdi

PSJ Fransa kubokunun yarımfinalında “Reyms”i məğlub edib.

İnterval.Az goal.az-a istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən görüş Paris təmsilçisinin futbolçusu Tanqu Kuassi üçün əlamətdar olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Reyms”lə matçda Kuassinin vurduğu qol PSJ-nin tarixində 4000-ci qol olub. PSJ-nin yetirməsi olan 17 yaşlı müdafiəçi, həm də, əsas komandanın heyətində ilk qoluna imza atıb.


Bütün xəbərlər