Hicabını açan gəlin namizəd toyunda elə geyindi ki, tənqid hədəfi oldu – FOTO

İzdivac verilişindən sonra məşhurlaşan Hanife Gürdal yenə gündəmə gəlib.

İnterval.Az haberler-ə istinadla bildirir ki, o, toy günü dekolteli gəlinlikdə çəkilən fotolarını şəxsi Instagram hesabında paylaşıb.

Hanife son günlərdə etdiyi paylaşımlarına görə tənqid olunub. Belə ki, əvvəllər daima hicab bağlayan Hanife bu tərz paylaşım etdiyinə görə, birmənalı qarşılanmayıb. Onu bu hərəkətinə görə qınayanlar da olub, dəstəkləyənlər də.

Qeyd edək ki, Hanife Gürdal 1995-ci ildə izmir şəhərində doğulub. 3 qardaşı var, orta təhsillidir. Boyu 164 sm, çəkisi isə 59 kiloqramdır. 2015-ci ildə Türkiyənin ATV kanalında Esra Erolun aparıcılıq etdiyi izdivac verilişinə qatılan Hanife Umut adlı oğlandan “yox” cavabı eşitdikdən sonra 10 ay boyunca onun üçün gələn namizədləri geri qaytarıb.


Bütün xəbərlər