Somalidə türkiyəlilərin olduğu restoranda partlayış: 11 yaralı

Somalinin paytaxtı Moqadişuda bomba partlayışı baş verib.

İnterval.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hücum paytaxtın 30 km-liyində olub.

“Röyters” agentliyi hücumun hədəflərinin türk inşaat işçilərinin olduğunu bildirib.

Türkiyə səfiri ölənlər olmasa da, yaralıların olduğunu açıqlayıb. Onun sözlərinə görə, 3-ü türk vətəndaşı olmaqla 11 nəfər yaralanıb.

Qeyd edək ki, hücum sırasında işçilər restoranda yemək yeyirmiş.


Bütün xəbərlər