Türkiyədə COVID-19 infeksiyasından daha 78 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 78 nəfər ölüb.

İnterval.Az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 36 318 şübhəli koronavirus testindən keçib, onlardan 1983-nün cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3336 nəfər ölüb, 124 375 nəfər bu infeksiyaya yoluxub, 58 259 nəfəri isə müalicə olunub. Bu gün 4451 xəstə evə buraxılıb.


Bütün xəbərlər