Bu gün Mübariz Tağıyevin 71yaşı tamam olur

Mübariz Tağıyevin ad günüdür

Mübariz Tağıyevin ad günüdür
Xalq artisti Mübariz Tağıyevin 71 yaşı tamam olur.
Interval.Az-
ın məlumatına görə, M.Tağıyev 31 yanvar, 1948-ci ildə İrəvan şəhərində anadan olub.  İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı olaraq üzgüçülüklə məşğul olub.
Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb. 1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib.

Atası Hüseyn Tağıyev musiqiçidir, kamança ifaçısı olub. Anası Rübabə xanım isə “Sovet Ermənistanı” qəzetində jurnalist vəzifəsində işləyib.

Mübariz Tağıyev iki dəfə ailəli olub. İkinci evlilikdən iki qızı var. M.Tağıyevin ikinci dəfə ailə qurduğu xanım rəqs müəlliməsidir.

Zamiq Yunisov 
Interval.Az

Bütün xəbərlər