Türkiyədə koronavirusdan ölənlərin sayı 2,8 mini ötüb

Türkiyədə son 24 saat ərzində daha 99 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2 805 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 357 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 110 130 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən sutka ərzində 3 558 nəfər sağalıb, sağalanların ümumi sayı 29 140 nəfər təşkil edir.


Bütün xəbərlər