Aydın Bəşirov dəfn edildi – YENİLƏNİB – FOTO

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov dəfn edilib.

İnterval.Az-ın unikal.org-a istinadən xəbərinə görə, mərhum bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı sabiq Nəqliyyat naziri Ziya Məmmədov da iştirak edib.

* * *

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun cənazəsi Azərbaycana gətirilib.

İnterval.Az unikal.org-a istinadən xəbər verir ki, A.Bəşirov bu gün Bakıdakı 3-cü Fəxri Xiyabanda torpağa tapşırılacaq. Mərhumun yas mərasimi Təzə Pir Məscidində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov Türkiyədə vəfat edib.


Bütün xəbərlər