İlham Əliyev: Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər

Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər.

İnterval.Az  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, bu “liderlər”, – hazırkı və bundan əvvəlki “liderlər”, – onlara bütün bu müddət ərzində – müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. “Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər”, – deyə Prezident qeyd edib.

Zamiq Yunisov

İnterval.Az


Bütün xəbərlər