Azərbaycanda əmək müqavilələrinin qeydiyyatına görə özəl sektor dövlət sektorunu üstələyib
Özəl sektorda əmək müqavilələrinin qeydiyyatının artımı dövlət sektorundakı həmin göstəricini 3 dəfə üstələyib.
İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir bildirib ki, 2019-cu ildə dövlət sektorunda əmək müqavilələrinin qeydiyyatının artımı 6,6 faiz təşkil edib.
M.Cabbarov qeyd edib ki, özəl sektorda əmək müqavilələrinin qeydiyyatının artımı 18,3 faiz təşkil edib ki, bu da dövlət sektorundan 3 dəfə çoxdur.
Azərbaycanda əmək müqavilələrinin qeydiyyatına görə özəl sektor dövlət sektorunu üstələyib üçün şərhlər bağlıdır