Boris Conson Dauninq-stritdəki iqamətgahına qayıdır

İngiltərənin Baş naziri Boris Conson yeni növ koronavirusdan müalicə aldıqdan sonra Dauninq-strit 10-da yerləşən rəsmi iqamətgahına qayıdıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Britaniyanın “Sky News” televiziya kanalı açıqlama verib.

Nazirlər Kabinetinin başçısı son iki həftəni şəhər kənarındakı Çekers iqamətgahında keçirib və həkimlərin tövsiyələrinə əməl edərək hökumətin işində fəal iştirak etməyib.

“Reuters” hökumət başçısının rəsmi nümayəndəsinə istinadən Boris Consonun bazar ertəsindən etibarən vəzifəsinin icrasına qayıdacağını açıqlayıb.


Bütün xəbərlər