Bakıda əri ilə dalaşan qadın komaya düşüb – Məşhur müğənni “AYILDIB” – FOTO

“Şou ATV”də qonaq olan müğənni Vüsal Əliyev qarşılaşdığı bir hadisədən danışıb.

İnterval.Az Milli.Az-a istinadla xəbər verir ki, müğənni bir dəfə bir həkimin ona zəng edərək təcili xəstəxanaya gəlməyini istəyib.

Vüsal komaya düşən qadını ayıltmaq üçün səsindən istifadə edildiyini bildirib:

“Həkim dedi filan xəstəxanaya gələ bilərsən? Dedim, hə. Getdim dedi ki, burada belə bir hadisə oldu. Bir qadın həyat yoldaşı ilə dalaşıb. Ailə zəmnində çox əsəb-stressdən komaya düşüb, ayılmır. Anası həkimə deyir ki, siz belə edin də – Palataya bir “maqintafon”, bir də Vüsalın diskini qoyun. O, yəqin ki, onda ayılacaq. O qadın, həqiqətən də, elə ayılıb”.


Bütün xəbərlər