“Futbola baxa-baxa toy oxuyurdum” – Əməkdar artist – VİDEO

ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı əməkdar artist Baloğlan Əşrəfov olub.

İnterval.Az Milli.Az-a istinadən bildirir ki, əməkdar artist maraqlı açıqlama verib:

“Yalan olmasın 1 il qabaq toylar danışırdım. “Nefçi”nin oyun təqvimini götürürdüm, görürdüm ki, hansı günü “Nefçi” oynuyur, həmin günə yalandan Bakı yazırdım. Guya Bakıya toy danışmışam. Toya 1, 2 gün qalmış musiqçilərə məlumat verirdim ki, toy dayandı. Bir dəfə, iki dəfə, beş dəfə dayandı dedim.

Bunlar hələ də fikirləşirlər ki, bu, nə olan şeydi ki, Bakıya danışdığı toy dayanır. Bir dəfə məni izləyiblər və “Nefçi”nin stadionunda görüblər. Bir dəfə Lənkərdanda toy sahibi toyxanaya uzun kabellə televizor təşkil etdilər və televizoru stolun altına qoydular. Yaxşı futbol gedirdi. Mən həm oxuyurdum, həm də stolun altından futbola baxırdım”.

http://


Bütün xəbərlər