Sumqayıt Kimya Sənaye Parkında istehsal artıb

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC 2020-ci ilin yanvar oktaybr aylarında 86,9 milyon dollarlıq satış həyata keçirib.

Bunu “SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədov bildirib. Onun sözlərinə görə, bu rəqəm ötən illə müqayisədə 65 faiz çoxdur:

“2020-ci ilin ilk yarısında istehsal etdiyimiz məhsulun həcmi 2019-cu ildə istehsal etdiyimiz məhsulun həcmini artıq keçmişdir. Baxmayaraq ki, dünyada pandemiya səbəbindən bir çox çətinliklər baş vermişdi, bizim istehsalatda artım yüksək templə müşahidə olunmuşdu. Bunun da əsas səbəbi istehsal etdiyimiz məhsulların xarici və yerli bazarda öz brendimiz altında tanınması və müəyyən etibar qazanmasıdır”.

Qeyd edək ki, Sənaye Parkında olan “SOCAR Polymer” zavodunda Kanada və Avstriya texxnologiyasından istifdə edilməklə ildə 184 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal olunur.


Bütün xəbərlər