Çavuşoğlu dünyada taxılın ucuzlaşmasından danışdı

Taxıl sazişi vasitəsilə Ukraynadan dünya ölkələrinə 17 milyon ton taxıl daşınıb.

Interval.Az  xəbər verir ki, bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ruandaya səfəri çərçivəsində mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, 17 milyon ton Ukrayna taxılının 5 milyon tonu Sahara səhrasının cənubundakı Afrika ölkələrinə çatdırılıb.

“Bugünədək taxılın 60 faizdən çoxu aşağı və orta gəlirli ölkələrə göndərilib. Dünya bazarlarında taxılın qiyməti 8 faizədək ucuzlaşıb”,- deyə M.Çavuşoğlu əlavə edib.

Yıldray Arslan

Interval.Az


Bütün xəbərlər