Instagram siqaret və silah məhsullarının reklamlarını siləcək

Məşhur Instagram fotoservisi elektron siqaret, adi siqaret, silah, alkoqol və pəhriz əlavələri kimi məhsulların reklamlı paylaşımlarının idarə olunmasını sərtləşdirəcək. Fotoservisin təmsilçiləri bildiriblər ki, elektron siqaret, adi siqaret və alkoqollu içkilər kimi məhsulların reklamları daha öncə də qadağan edilmişdi. Lakin yaxın bir neçə həftə ərzində fotoservis bu cür reklamlı paylaşımları bir dəfəlik siləcək. Bu barədə Rusbase saytı xəbər verib.

Alkoqollu içkilərin və pəhriz əlavələrinin reklamlarına gəldikdə isə Instagram həmin məhsulların reklamlarının məhdudlaşdırılmasını tələb edəcək. Gələn il bu cür məhsulların reklamları ilə məşğul olan şəxslər üçün Instagram daxilində xüsusi funksiya təqdim ediləcək. Həmin funksiya sayəsində şəxslər bu cür məhsulların müəyyən yaş istifadəçilərə göstərilməsini dayandıra biləcəklər.


Bütün xəbərlər