Day.az informasiya portalının 20 yaşı tamam olur

Bu gün Day.az informasiya portalı yubileyini qeyd edir.

İnterval.Az xatırladır ki, portal 2003-cü il sentyabrın 4-də yaradılıb.

Day.Az Azərbaycanın internet məkanında həm daxilolma sayına, həm də oxuculara təqdim edilən imkanlara görə liderlərdən biri olmaqda davam edir. Son illər ərzində Day.az dünyada ən son tendensiyalara uyğun olaraq texnoloji baxımdan yenilənib. Saytın bazasında Azərbaycanda bu günədək yeganə olan çoxfunksiyalı portal yaradılıb.

İnterval.Az kollektivi bu əlamətdar günlə əlaqədar öz həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları və rifah arzulayır.

Zamiq Yunisov

İnterval.Az


Bütün xəbərlər