Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

İnterval.Az bildirir ki, 27 aprel 2024-cü il tarixdə Bakı şəhər Gənclər və İdman İdarəsi, “Gənclərin Töhfəsi” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (NAYORA) və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin birgə təşkilatçılığı, Gəncliyə Yardım Fondu, Qida Təhülkəsizliyi Hərəkatı, 1 saylı Bakı Tibb Kolleci və Peşə Təhsilinin İnkişafına və Məşğulluğa Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə “Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu” keçirildi. Forumun keçirilməsində əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizədə dövlətimizin apardığı siyasətə ictimai dəstək olmaq və Azərbaycanda keçiriləcək “COP 29” öncəsi gənclərin şəbəkələşməsinə töhfə verməkdən ibarət idi.
Forumun açılışında millət vəkilləri Jalə Əhmədova, Ceyhun Məmmədov, Arzu Nağıyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İctimai İnkişaf sektorunun müdiri Elşən Qəhrəmanov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, layihə rəhbəri Məhsəti Hüseynova, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının idarə heyətinin üzvü Nərminə Hüseynzadə, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Dünya Alapaqut Federasiyasının vitse-prezidenti Emil Rəhimov, 1 saylı Bakı Tibb Kollecinin əməkdaşı Elnur Həsənbəyli iştirak etdi. Daha sonra forum panel müzakirələrlə davam etdi.

Ayan Zamiqqızı  

İnterval.Az  

Məqaləyə dair foto materiallar:

 


Bütün xəbərlər