Parlament seçkilərində iştirak edən namizədlərin 22,58 %-i qadınlardır – Rekord vuruldu

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 5 milyon 238 min seçici qeydiyyatdan keçib və bu seçicilər 125 dairə üzrə paylaşılır.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Resurs Analitik İnformasiya mərkəzinin sədri Rasim Quliyev məlumat verib.

R. Quliyev bildirib ki, müstəqillik dövrümüzdə keçirilən seçkilər bir daha Azərbaycanda seçki mədəniyyətinin formalaşdığını göstərir:

“Bu illər ərzində keçirilən seçkilərdə olan seçici aktivliyi də bunun bariz nümunəsidir. Belə ki, 2005-ci ildə keçirilən seçkilərdə – 42%, 2010-cu ildə- 46%, 2015-ci ildə isə 55% seçici aktivliyi müşahidə olunub. Keçən il dekabrda keçirilən bələdiyyə seçkilərində isə 32,2% seçici aktivliyi müşahidə olunub. Buna səbəb təsisatların özünə seçicilərin münasibətinin fərqli olmasından qaynaqlanır. Çünki Prezident seçkilərində seçici aktivliyi 80%-dən çox olub”.

R. Quliyev qeyd edib ki, parlament seçkilərində iştirak edən namizədlərin 22,58 %-i qadınlardır: “Bu göstərici ilk dəfə rekord həddə qeydə alınır”


Bütün xəbərlər