Ata körpə qızını küçədə unutdu

Rusiyanın Voloqda vilayətində sərxoş ata azyaşlı övladını küçədə unudub.

İnterval.Az oxu.az-a istinadən xəbər verir ki, 32 yaşlı Sokol sakininin unutduğu bir yaş altı aylıq körpə Suxona çayı üzərindəki körpüdən tapılaraq polis idarəsinə təhvil verilib.

Məlum olub ki, atası axşam sərxoş vəziyyətdə qonaqlıqdan qayıdan zaman uşağı unudaraq küçədə qoyub və səhər oyananda qızının yanında olmadığını anlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Bütün xəbərlər