Zəngilana böyük qayıdış başlayır – Sakinlər doğma torpaqlarına köçürülür

Uzun illər arzuladılar və nəhayət Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu onların xəyallarını gerçəkləşdirdi. Artıq Zəngilan rayonunun Ağalı kəndinə böyük köç başlayır.

Interval.az Xəzər TV-yə istinadən bildirir ki, Hüseynovlar ailəsindən Etibar Hüseynov Ağalı kəndinə ilk köçəcək sakinlərdən olacaq.

Ağalı kənd sakini doğma yurduna qayıtqıdan sonra hansı işlə məşğul olacağını da müəyyənləşdirib.

Hüseynovlar ailəsinin digər üzvləri də öz doğma yurd-yuvalarına qayıtmağı səbirsizliklə gözləyirlər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizə qayıdış mərhələli şəkildə həyata keçiriləcək.


Bütün xəbərlər