İsveç pandemiya məhdudiyyətlərini aradan qaldırır

İsveç hakimiyyəti fevralın 9-da pandemiya ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldıracaq.

Interval.Az əldə etdiyi məlumata istinadən xəbər verir ki, bununla bağlı hökumətin cümə axşamı keçiriləcək mətbuat konfransında daha ətraflı məlumat veriləcək.

Məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar səhiyyə sistemində vəziyyətin stabil hesab edildiyi üçün verildiyi bildirilib. Səhiyyə departamenti artıq COVID-19-u sosial təhlükəli xəstəlik hesab etmir.

Qeyd edək ki, bundan əvvəllər qonşu Danimarka və Norveçdə artıq sözügedən məhdudiyyətlər aradan qaldırılıb.

Interval.Az

Bütün xəbərlər Facebook səhifəmizdə


Bütün xəbərlər