Ali Kınık “Yalnız değilsin” deyəcək
İnterval.Az bildirir ki, Türk dünyasının xalq yaradıcılığı musiqisinin tanınmış ismi, yazıçı və bəstəkar Ali Kınık Bakıya gəlir.
O, 12-13 may tarixində “Yalnız değilsin” adlı solo konserti ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış edəcək.
Bu barədə İnterval.Az-a konsertin təşkilatçısı olan “Yaz” mediagroupdan məlumat verilib.
Bildirilib ki, konsert saat 19:00-da başlayacaq:Biletləri şəhərimizin kassalarından və həmçinin onlin iTicket.Az saytından əldə edə bilərsiniz. İnterval.Az və “YAZ” Mediagroupun təçkilatçılığı ilə, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyin və “Z Company-2007” – nin təşkilati dəstəyi ilə keçiriləcək solo konsert proqramına hərkəs dəvətlidir.Konsertdə Ali Kınıkla birgə 30 şəhid övladından ibarət ” Zəfər sədası” uşaq xor qrupunun ifasında ” Türk övladı “ mahnısının təqdimatı da planlaşdırılır.
Xatırladaq ki, “Yalnız değilsin” bir müddət Türkiyənin ATV kanalında yayımlanan “Eşkiya dünyaya hükümdar olmaz” serialında da səsləndirilib.