Tacir Şahmalıoğluna qarşı “SUİ-QƏSD”- Müğənninin səsi batıb – FOTO

Tacir Şahmalıoğlunun səsini batırmaq istəyiblər.

İnterval.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu sənətçi özü “Şou ATV”nin efirində bildirib.

Tacir gənc yaşlarında toylardan birində ona qarşı bu “sui-qəsd”in edildiyini deyib:

“Gənc vaxtlarım idi, təzə-təzə gündəmə gəlmişəm. Hamı da deyir ki, “Gənc oğlan çıxıb, yaxşı oxuyur”. Restoranların birində mənə çay gətirdilər. İçdim bir qurtum, gördüm ki, çaydan qəribə tam gəlir. Fərqinə varmadım amma. Bir mahnı oxudum, gördüm güclə oxuyuram. Gəldim evə, “vsyo”, mənim elə bil səsim olmayıb. Onunla da səsim batdı. Haradasa 6-7 ay o vəziyyətdə qaldım. Artıq iş yeri axtarırdım özümə ki, “vsyo” da, səs getdi. Heç danışa bilmirdim”.


Bütün xəbərlər