İranda daha 65 nəfər koronavirusdan ölüb

İranda ötən 24 saat ərzində (30 aprel) koronavirusdan (COVID-19) ölüb.

İnterval.Az xəbər verir ki, bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, indiyədək İranda bu virusdan ölənlərin sayı 6 156 nəfərə çatıb.

Nazirlik rəsmisi bildirib ki, ötən sutka ərzində daha 802 nəfərin koronavirusa yoluxması qeydə alınıb. Beləliklə İranda bu virusa yoluxanların sayı 96 448 nəfərə yüksəlib. Onlardan 2 787 nəfərin vəziyyəti ağırdır.

Cahanpur deyib ki, indiyədək ölkədə 77 350 nəfər koronavirusdan sağalıb.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 484 mindən çox test həyata keçirilib.


Bütün xəbərlər