Polşa səfiri Rusiya XİN-ə çağırılıb

Polşanın Moskvadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Interval.Az xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyasının rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Polşa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”, – o, çərşənbə günü teleqram kanalında yazıb.

Noyabrın 16-na keçən gecə Rusiyanın bu ölkədəki səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb və o, respublikanın şərqində raket insidentilə bağlı diplomatik qurumdan nota alıb.

Andreyevin dediyi kimi, Rusiya istehsalı olan mərminin Polşa ərazisinə düşdüyü bildirilən notada “təcili izahat verilməsi” tələb ediir.

Zamiq  Yunisov

Interval.Az


Bütün xəbərlər