Azərbaycanda 1 ildə 17 mindən çox ailə dağılıb – Boşanmaların ən çox olduğu bölgələr – STATİSTİKA

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən il ölkədə 63869 nikah və 17148 boşanma halları qeydə alınıb.

İnterval.Az xəbər verir ki, Ədliyyə Nazirliyindən modern.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Nikahlar əsasən əhalinin hər 1000 nəfərinə Aran və Kəlbəcər-Laçın (6,9), Dağlıq Şirvan (6,8), Şəki-Zaqatala (6,6), Quba-Xaçmaz və Yuxarı Qarabağ (6,5) iqtisadi rayonlarında ölkə səviyyəsindən (6,4) yüksək olmuş, boşanmalar isə əsasən Bakı şəhərində və Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub.


Bütün xəbərlər