Bakıda aptekin sahibi asılmış vəziyyətdə tapıldı

Bakıda aptek müdirinin meyiti asılmış vəziyyətdə iş yerində tapılıb.

İnterval.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən apteklərdən birində asılmış kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin aptekin sahibi, 49 yaşlı Həsənov Sənan Əmrah oğlu olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Bütün xəbərlər