Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib

 

Bakıda keçiriləcək çövkən oyunu üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

İnterval.Az xəbər verir ki, altı ölkənin iştirak edəcəyi turnirin ilk oyununda Azərbaycan yığması Türkiyə millisi ilə qarşılaşacaq.

Növbəti oyunlar Qazaxıstan-Azərbaycan, Mərakeş-Qazaxıstan, Polşa-Mərakeş, Türkiyə-Özbəkistan və Özbəkistan-Polşa komandaları arasında baş tutacaq.

Qeyd edək ki, yarış noyabrın 5-8-də baş tutacaq.

Zamiq Yunisov 

Ayla Qafqazlı

İnterval.Az


Bütün xəbərlər