“Onlar olan yerdə mənim nə işim var?” – Abbas Bağırov

“Üzərimdə hər zaman çalışıram. Efirə çıxdıqca vaxtım gedir. Buna isə ayrıca çalışmaq lazımdır. Bu da mənim gördüyüm işlərə mane olur.”

İnterval.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist Abbas Bağırov deyib.

Sənətçi efirlərdə gec görünməsinin səbəbini açıqlayıb:

“Boş-boş eyni mahnıları hər dəfə oxumağım düzgün deyil. Gərək tamaşaçı qarşısına yeniliklə çıxasan. Aparıcı sual verəndə danışmağa sözün olsun. Tamaşaçı baxır, deyir ki, nə oldu dünən o kanalda idin, bu gün də burada?

Belə şeyi sevmirəm. Artıq qərar vermişəm ki, bu gün bir kanalda qonaq olmuşamsa, başqa verilişə yalnız bir neçə ay sonra çıxa bilərəm”.

Müğənni verilişlərdə bayağılıq olduğunu vurğulayıb:

“Bayağılıq var, amma hər efirə şamil deyil. Elə proqramlara çıxmıram. Kim çıxır ya çıxmır, ona mən cavabdeh deyiləm. Mən sənətçiyəm, bayağı adamlar olan yerdə mənim nə işim var? Sənətdən bixəbərlə yan-yana oturmaram”.

A.Bağırov yaxın günlərdə fanatlarını sevindirəcəyini də söyləyib:

“Gələn ay iki albom, üç klip təqdim edəcəm. Bir klip Elçin İmanovun “Qaytağı” ansamblı ilə birgə yazdığı “Bakı şansonu” mahnısına olacaq, ikinci mahnım “Birdənəmsən” adlanır ki, bu da öz bəstəmdir. Üçüncü mahnım isə Tünzalə Ağayeva ilə duetdir. Gələn ay xaricdə klip çəkdirəcəyik. Bu mahnının da bəstəsi mənə aiddir. Hər üç klipi Cəlal Kəngərli ekranlaşdıracaq”.


Bütün xəbərlər