Korona təhlükəsi: Rusiya və ABŞ-ın məxfi obyektləri gündəmdə – FOTO

Dünyada koronavirus pandemiyasının dayanmadan yayılması diqqəti nəhəng dövlətlərin məxfi sığınacağı və elitanın təhlükəsizliyini təmin edə biləcək obyektlərə yönəldib.

İnterval.Az-ın məlumatına görə, Milli.Az teleqraf.com-a istinadən Rusiya və ABŞ-ın ən məxfi obyektlərinin fotolarını təqdim edir.

Ehtimal olunur ki, ən ciddi təhlükə qarşısında nəhəng ölkələrin liderləri bu obyektlərdən idarəetməni rahat formada həyata keçirə bilərlər.

Tramp və konqresmenlər 30 il müddətində burada qala bilər.

ABŞ-da Greenbrier” Hoteli – çoxları mehmanxana kimi tanıyır. Ancaq bu otelin altında nəhəng bir obyekt inşa edilib. Məqsəd dünyada ən təhlükəli an-nüvə hücumu zamanı ABŞ Konqres üzvlərini və prezidenti burada təhlükəsiz vəziyyətdə saxlamaqdır. İddia edilir ki, ABŞ prezidenti maksimum 30 il boyunca burada yaşaya bilər.

ABŞ-ın digər məxfi obyekti isə “Fort Knox”dur. 22 tonluq polad qapısı olan bu obyektdə ABŞ-ın qızıl ehtiyatları və tarixi abidələri, sənədləri qorunub saxlanılır.

Moskva-2: Kremlinin zirzəmisinə qədər uzanan məxfi tunel

Sözsüz ki, ABŞ kimi Rusiyanın da məxfi qorunan çox sayda obyektləri var. Ancaq bu sırada ilk olaraq Metro-2-nin adını çəkmək olar. İddialara görə, Moskvada yerləşən Metro-2 əslində məxfi obyektdir, sadəcə sözdə metro sistemi kimi tanınır.

Moskva-2 metro sistemi əslində Moskvada ana metro xəttinə paralel uzanan, amma olduqca məxfi tuneldir. Metronun inşasına Stalin dövründə başlanılıb və ona D-6 kod adı verilib.

Bu obyekt Rusiya Müdafiə Nazirliyi tərəfindən idarə olunur. Metro-2-nin uzunluğu Moskva metro xəttinin uzunluğu qədərdir. Həmçinin minimum 50, maksimum 200 metr dərinlikdə yerləşir. Metro-2-nin Kremlin və Federal Təhlükəsizlik Xidmətinin yeraltı şəhəri ilə bağlantısı olduğu iddia edilir.


Bütün xəbərlər