ÜST-ün 2 əməkdaşı da koronavirusa yoluxdu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iki əməkdaşı koronavirusa yoluxub, onlar təcrid edilib, münasibətdə olduqları şəxslər yoxlanılır.

İnterval.Az Day.Az-a istinadən bildirir ki, bunu mətbuat konfransında ÜST-ün mətbuat katibi Kristian Lindmayer deyib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 160-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 180 mini, ölənlərin sayı isə 7 mini keçib.


Bütün xəbərlər