“Kosmik fəaliyyət haqqında” qanun təsdiqləndi

Prezident İlham Əliyev Kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 13-cü və 23-cü bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.

Zamiq Yunisov

İnterval.Az


Bütün xəbərlər