Əbədi sevgini yaşadan tarixi abidələr

Sevgi elə bir hissdir ki, təsiri əsrlər boyu davam edə bilər. Əlbətdə ki, sevginin konkret bir ekvivalenti olmalı deyil, amma tarixdəki bəzi sevgilər o qədər böyükdür ki, bu gün heyran olduğumuz memarlıq möcüzələri buna əyani sübutdur. 

Böyük sevgiləri əbədiləşdirmək üçün tikilən tarixi abidələri və onların heyakələrini :

Bold castle – ABŞ

Bold qalasının arxasında kədərli bir hekayə dayanır. Almaniyadan Amerikaya köç edən George Boldt, həyat yoldaşı Louise olan əbədi sevgisinin simvolu olaraq ada alır və 1900-cü ildə burada bir qala tikdirməyə başlayır. Təəssüf ki, qalanın bitmiş vəziyyətini görmədən əvvəl həyat yoldaşı gözlənilmədən ölür. Bu ağrıya dözməyən Boldt özünü depressiyanın dərinliklərində tapır, qalanın tikintisini dayandırır. Qala 1977-ci ilə qədər tərk edilmiş və xarabalığa çevrilmişdir. Belə ki, amerikalı iş adamlarından biri binanı satın alaraq, təmir edir və qala populyar bir turizm mərkəzinə çevrilir.

Tac Mahal –  Hindistan

Tac Mahal, şübhəsiz ki, sevgi naminə tikilən tikililərin ən məşhurudur. Həm də dünya memarlıq tarixi üçün çox vacib bir təməl daşdır. Təxminən 400 il əvvəl tikilən bu bina, hələ də ziyarətçilərini heyran etməkdə davam edir. Bildiyimiz kimi, Cahan şah  sevimli həyat yoldaşı Mumtaz Mahalının doğum zamanı həyatını itirməsindən sonra sevgisini əbədiləşdirmək üçün dünyanın 7-ci möcüzəsi adlandırılan abidəni inşa etdirmişdir. Hətta öz həyatına son qoymağı düşünən hökmdar bunun əvəzinə bu möhtəşəm abidəni sevgilərinin rəmzi olaraq qurur. Heç bir xərcini əsirgəməyən Cahan Şah 20 mindən çox heykəltəraş, xəttat və rəssamı Aqraya gətirir və bu mərmər şah əsərini dünyaya yadigar qoyur.

Petit Trianon –  Fransa

Petit Trianon, dünyanın ən lüks saraylarından biri olan Versalın bağlarında yerləşən bir köşkdür. Arxasındakı sevgi hekayəsi 15-ci Louisə və dərin aşiq olduğu məşuqəsi Madam de Pompadura məxsusdur. Louis “Petit Trianon”u 18-ci əsrin ortalarında sevgilisi üçün tikdirsə də, Madam de Pompadour bina tamamlanmazdan əvvəl ölür. Neoklasik və rokoko üslublarını nümayiş etdirən Petit Trianon, bu ölümdən sonra başqa bir sevgi simvoluna çevrilir. 15-ci Louisdən sonra taxta çıxan 16-cı Louis, Petit Trianonu həyat yoldaşı Marie Antoinetteyə hədiyyə edir. Yalnız 19 yaşında olan gənc kraliça, buranı şişirdilmiş zövqlərinə görə tam şəkildə təchiz edə biləcəyi və rahatlayaraq saray həyatının sərt qaydalarından qaça biləcəyi bir yer olaraq istifadə edir.

Kellie’s Castle – Malayziya

Malayziyaya getmək və inşa edilmiş Şotlandiya qalasına rast gəlmək təəccüblü ola bilər. Bu səbəbdən sevginin sonsuz gücünü və sevilən insanı xoşbəxt etmək sürətini nümayiş etdirən bir quruluşdur. Şotlandiyada evlənən cütlük taxta bir evdə yaşamağa başladıqları Malayziyada yerləşirlər. Ancaq Şotlandiyada böyüyən Agnes, ölkəsini darıxır və bu kiçik evdə xoşbəxt ola bilmir. O dövrdə hamilə olan Agnesin xoşbəxt olması üçün həyat yoldaşı Uilliam, bir təpənin üstündə doğulduğu ölkədəki qalaları xatırladan bir qala tikməyə başlayır. Təəssüf ki, Uilliam 1926-cı ildə birdən vəfat edir, qalanın inşası yarımçıq qalır. Və indiyə kimi tamamlanmayıb.

Swallows castle – Ukrayna

Ukraynanın Krım yarımadasında Qara dənizə doğru uzanan Gaspra adlı kiçik bir şəhər bu möhtəşəm qalaya ev sahibliyi edir. Tarixi dəqiq bilinməsə də, bir Alman aristokratı 20-ci əsrin əvvəllərində Qaranquş yuvasını tikir. Neo-Gotik üslubda tikilmiş bu nağıl binasının niyə tikildiyi barədə əfsanə tam bəlli deyil. Krımı ziyarət edən bu aristokrat, dəniz səviyyəsindən 30 metr yüksəklikdəki bu təpənin mənzərəsinə heyran qalır və orada həyat yoldaşı ilə birlikdə qaçmaq üçün istifadə edəcəyi romantik bir qala tikdirməyə qərar verir. Bu misilsiz iki mərtəbəli bina bu gün turistlər üçün açıqdır.

 


Bütün xəbərlər