“Rusiya iqtisadiyyatına təzyiqlər davam edəcək” – Bayden

“ABŞ və müttəfiqləri Rusiya iqtisadiyyatına məhdudiyyətlər tətbiq etməyə davam edəcək”.

Bu sözləri ABŞ Prezidenti Co Bayden çərşənbə günü Ağ Evdə Vaşinqtonun Kiyevə hərbi yardımı barədə qısa çıxışı zamanı deyib.

“Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Rusiyanı qlobal səhnədən təcrid edərək çökən iqtisadiyyatına təzyiq göstərəcəyik. Bizim məqsədimiz Putinin mövqeyinə qarşı çıxmaqdır”, – deyə o bildirib.

Bayden ABŞ-ın Ukrayna iqtisadiyyatını dəstəkləyəcəyinə və ona humanitar yardım göstərəcəyini də deyib.

“Təkcə son bir neçə həftə ərzində biz Ukrayna xalqına 300 milyon dollar humanitar yardım, on minlərlə ton ərzaq, su, dərman və digər zəruri mallar vermişik”, – deyə Ağ Ev rəhbəri əlavə edib.

interval.Az


Bütün xəbərlər