“Aprel-may aylarında dərslər bağlana bilər”

Son günlər sosial şəbəkələrdə, ictimaiyyət arasında tez-tez müzakirə olunan bir mövzudur.

Bunu açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert bildirib ki, dərslər yenidən onlayn qaydada keçirilərsə, həm təhsil alanların, həm təhsil verənlərin tamamilə ziddiyətli bir duruma düşməsi ilə nəticələnəcək:

“Bu yaxın zamanlarda bu prosesin baş verməsi, hələ ki, nəzərdə tutulmur. Novruz tətilindən sonra, aprel-may aylarında dərslərin bağlanma ehtimalı ola bilər, yəni yenidən onlayn rejimə keçid ola bilər. İndi gündəlik yoluxma, 100-150 arasında dəyişir. Bunu nəzərə alaraq ola bilsin ki, qarşıdakı aylarda belə bir qərar verilsin. Amma yaxın tarix üçün gözlənilmir.

Yoluxma halları kəskin şəkildə artarsa, təhsil və digər sahələr üzrə qapanmalar olarsa bu, təhsilimiz adına çox bərbadə vəziyyətə gətirib çıxaracaq. Çünki artıq bu proses həm təhsil alanların, həm təhsil verənlərin tamamilə qarışıq, ziddiyətli bir duruma düşəcəyi anlamına gəlir. Və deyək ki, tədricən bir rejimdən digər rejimə adaptasiya olur və yenidən həmin adaptasiya prosesi məhv olur. Təkrarən əvvəlki rejimə keçid istər-istəməz çətinliklərlə özünü göstərir. Bu çətinliklər də istənilən halda şagirdlərin nəticələrinə öz təsirini vermiş olacaq, yəni təsirsiz ötüşməyəcək. Bu, istər onların illik qiymətləndirilməsində, istər buraxlış imtahanlarında, istərsə də qəbul imtahanlarında nəticələrin aşağı olmasına gətirib çıxaracaq”.


Bütün xəbərlər