Dumana görə Bakıya qayıdan təyyarə yenidən Həştərxana yola düşüb – YENİLƏNİB

Həştərxan hava limanında güclü dumanla əlaqədar Bakıya qayıdan “Buta Airways”in J2-9235 nömrəli reys Həştərxana yola düşüb.

İnterval.Az xəbər verir ki, “Buta Airways”dən Trend-ə verilən məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 13:05-də Həştərxana uçub.

* * *

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.

Milli.Az xəbər verir ki, aviaşirkətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.


Bütün xəbərlər