“İqlim dəyişikliyinin biomüxtəlifliyə təsiri” mövzusunda tədbir keçirildi

İnterval.Az bildirir ki,     05 avqust 2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlət Nazirliyinin Biomüxtəlifliyin Qorunması Xidməti və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qızılağac Milli Parkında “İqlim dəyişikliyinin biomüxtəlifliyə təsiri” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Biomüxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva tədbir iştirakçılarını salamladı. İştirakçılara biomüxtəlifliyin qorunması sahəsində görülən işlər barədə geniş məlumat verdi. Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, “Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova ətraf mühitin və biomüxtəlifliyin qorunmasında gənclər arasında maarifləndirmə işlərinin aparılmasının önəmi barədə məlumat verdi.
“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev milli parkların gənc nəsil arasında təbliğinin və bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini vurğiladı.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşı Nigar Yusifova milli parklar, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növləri haqqında gəncləri məlumatlandırdı və sualları cavablandırdı.
Milli Hidrometeorologiya Xidmətinin İqlim Dəyişimələri Mərkəzinin baş mütəxəssisi Mehriban Abbasova gənclərə iqlim dəyişmələrinin ətraf mühitə, biomüxtəlifliyə təsiri, iqlimə uyğunlaşma və iqlim dəyişmələrinin fəsadları ilə bağlı geniş məlumat verdi.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Xüsusi Mühafizə olunan Ərazilərin İnkişafı şöbəsinin müdiri Elnur İbrahimov dövlət siyasətinin prioritetlərindən biri olaraq ölkədə biomüxtəlifliyin qorunmasının aktuallığından və bu istiqamətdə görülən işlərdən bəhs edilib, gənclərin ekoloji maarifləndirilməsinin önəmini vurğulayıb.
Tədbir çərçivəsində gənclər üçün “Turac” marşrutu üzrə və qayıqla Qızılağac körfəzində gəzinti təşkil olundu.

İlahə Seyidova 

İnterval.Az 

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər