”Dünənimizdə atalarımız bir-birinə dayaq olub, bu gün bizlər bir-birimizə dəstək oluruq, sabah da övladlarımız bir-birinin yanında olmağa davam edəcəklər.”Məhsəti Hüseynova:

Interval.Az xəbər verir ki,     Canlı Yayımda Tek Rumeli TV-Də Yusuf Doğmuşun “ Deprem Özel Yayını” qonaq olan Azərbaycan -Türkiyə Qida təhlükəsizliyi İB-nin sədri Məhsəti Hüseynova Qardaş Türkiyədə baş vermiş zəlzələdə Azərbaycanın Türkiyənin hər anında yanında olmasını vurğulayaraq qardaşlığımızın əbədiliyindən danışdı.

Məhsəti Hüseynova: “6 fevral səhər 4:17- də Qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər nəinki məni, bütün Azərbaycanı çox sarsıtdı. Təbii fəlakətin ilk dəqiqələrindən Prezident İlham Əliyev Azərbaycanın bu ağır məqamda öz qardaşlarına hər cür yardım göstərməyə hazır olduğunu bildirdi. Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bir daha qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadırlar. Prezident İlham Əliyev eyninzamanda Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə də baş çəkərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi.
Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı verib, faciə zamanı həlak olanlara Allahdan rəhmət diləyib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapması arzularını ifadə edib.
Bu əsrin ən böyük fəlakətlərindəndir və ölkəmiz Türkiyənin bu dərdinə ortaqdı, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadırlar. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir. Bu problem aradan tam qaldırılana qədər də dəstəklərini əsirgəməyəcək.
Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.
İctimai təşkilatlar da öz dəstəklərini göstərirlər. Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar.
Dünənimizdə atalarımız bir-birinə dayaq olub, bu gün bizlər bir-birimizə dəstək oluruq, sabah da övladlarımız bir-birinin yanında olmağa davam edəcəklər.”

Nərmin Cabbarova   

Interval.Az  

Məqaləyə dair fotomaterial:

 


Bütün xəbərlər