Rusiya “Eurovision”a analoq yaradır – “Intervision”…

Rusiyada “Eurovision” mahnı müsabiqəsinin analoqu yaradılır.

İnterval.az  bildirir ki, Rusiya mətbuatının məlumatına görə, bu barədə ölkənin baş naziri Mixail Mişustin məlumat verib.

Müsabiqə “Intervision” adlanır. Mişustinin sözlərinə görə, ilk müsabiqə 2024-cü ildə Rusiyada keçiriləcək.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bu təşəbbüslə bağlı MDB-dəki həmkarlarının “əlverişli reaksiyasına” ümid etdiyini bildirib.

Ayla Qafqazlı

İnterval.az


Bütün xəbərlər