Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin iclasında iştirak edib

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında iştirak edib.

İnterval.Az xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında baş tutan iclasda təlim, dəstək və məsləhət üzrə NATO-nun başçılığı altında aparılan “Qətiyyətli Dəstək” missiyasının cari vəziyyətinə dair müzakirələr aparılıb və missiyanın gələcək inkişafı üzrə müvafiq qərarlar qəbul edilib.


Bütün xəbərlər