54 yaşlı kişi su kanalında boğuldu

Saatlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Məmmədov Kamil Əmirxan oğlu yaşadığı evin yaxınlığındakı beton su kanalına yıxılıb. K.Məmmədov köməksiz vəziyyətdə qalaraq suda boğulub ölüb.

Onun meyiti qohumları tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Bütün xəbərlər