Nərminin nənəsinin fəryadı ürək dağladı: “Mənim balamı yandıranı tapın”

Mən xahiş edirəm mənim balamı yandıranı, mənim düşmənimi tapın.

İnterval.Az xəbər verir ki, bu fikirləri öldürülən 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova baku.ws-ə bildirib.

“Nəvəmin üstünə benzin töküb, yandırıb. Yaxınlıqda bir kənara tullayıblar. Bu işə baxanlardan xahiş edirəm, mənim balamı yandıranı tapın”, – Minayə İsmayılova bildirib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Tovuz Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.


Bütün xəbərlər